Accessibility links

E-Dora - Yeni onurğa implantı [Video]


Yeni ixtira - Onurğa implantı
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə hər il yarım milyon insanda yıxılma, avtomobil qəzaları və müxtəlif xəstəliklər səbəbindən onurğa problemi yaranır. Hazırda alimlər iflic olanların hərəkətinin bərpası üçün bir zaman onurğa sütununa yerləşdiriləcək yumşaq, lakin möhkəm implant üzərində işləyirlər.

Onurğa sütunu tamamilə əzilən bu siçovul 6 həftə bundan əvvəl heç hərəkət edə bilmirdi. Ancaq bu gün o, dayaqla yeriməyə başlayıb.

İsveçrə alimləri yeni ixtira üzərində işləyir. Onlar onurğa beyninə kimyəvi və elektrik stimulyatoru olan implant yerləşdirir ki, həmin implantla sinir və hərəkət yenidən bərpa olur.

İsveç Federal Texnologiya İnstitutundan professor yardımçısı Stefani Lakur belə implantı sınaqdan keçirib və müsbət nəticələri olduğunu görüb. “Onurğa beyninə yerləşdirilən elektro-kimyəvi stimulyatoru təcrübədən keçirdikdə əzaların bərpa olunduğunu müşahidə etdik və belə qərara gəldik ki, bir neçə həftə bu texnologiyadan istifadə etdikdən sonra onurğa hüceyrəsi bərpa olundu və heyvan gəzməyə başladı.”

Bu, yeni implant E-Dora adlanır. Köhnə texnologiyadan fərqli olaraq, bu implant daha plastikdir və iltihaba səbəb olmur. “Biz implantın heç bir mənfi təsiri olmadan, bədəndə uzun müddət qalmasını istəyirik. Və bizdən soruşulan ilk sual bu idi: yumşaq implantın fərqi varmı?”

Alim deyir ki, bəli var. E-Dora yumuşaq elastik silikondan hazırlansa da möhkəmdir və iki unikal xüsusiyyətə malikdir.

Mikro-kanal kimyəvi stimulyasiya üçün alimlərə dərmanı birbaşa onurğa sütunun üst səthinə yeritməyə imkan verir. Və qızıl bağlarla birləşdirilən elastik platinium elektrodlar implantı güclü burulmalara və dönmələrə dözümlü edir. Çünki onlar oturğa sütunu sinirlərinin elektrik yolla stimulyasiya edir.

E-Dora yalnız qeyri-iradi hərəkətləri bərpa edir. Siçovulların hərəkəti üçün onların onurğa beyni siqnal alır və hərəkəti nəzarətdə saxlaya bilir. Siçovullar üzərində aparılan təcrübə E-Doranın gələcəkdə insanların sağlam və effektiv müalicəsinə yardım edəcəyinə ümidləri artırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG