Accessibility links

Meksikada Earl tropik qasırğası 38 nəfərin həyatına son qoyub


Meksikanın Karib dənizi sahilləri boyu Earl tropik qasırğasının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 38 nəfər həlak olub.

Ölüm hallarının əksəriyyətinin şərqdə Verakruz və Puebla ştatlarında baş verdiyi deyilir. Ərazidə şiddətli yağışlar daş və palçıq kütlələrini dağ və qayalardan aşağı evlərin üzərinə töküb, yolların kəsilməsinə səbəb olub.

Ötən həftə birinci dərəcəli Earl qasırğası Beliz, Quatemala və Meksikanın cənubunu təsirinə məruz qoyub. Qasırğa sahilə çatdıqdan sonra səngiməyə başlayıb.

Bundan başqa sinoptiklər Meksikanın cənub-qərbində Sakin Okean sahillərində Haviyer qasırğası barədə də xəbərdarlıq edib.

Bu qasırğanın da sahilə çatanadək güclənə biləcəyi ehtimal edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG