Dünya ölkələrində ətraf mühit müdafiəçiləri Yer Kürəsi Gününü qeyd edərək, diqqəti iqlim dəyişikliyi kimi qlobal məsələlərə çəkir
Ümumdünya Yer Kürəsi Günü
1
Hindistanda ətraf mühit müdafiəçiləri vegetarianlığı təbliğ etmək məqsədilə bədənlərini yaşıl rəngə boyayıb.
2
Filippin paytaxtında ənənəvi baş geyimində olan gənc qız Manila körfəz bölgəsində özəl inşaat şirkətinin layihəsinə etiraz aksiyasında iştirak edir.
3
Cənubi Koreya paytaxtı Seulda ətraf mühit müdafiəçisi bir dəfə istifadə edilən fincan kostuyumunda Yer Kürəsi Günü ilə əlaqədar aksiyada iştirak edir.
4
Pakistanda Kəraçidə məktəblilər Yer Kürəsi Günü ilə əlaqədar tədbirlər çərçivəsində zibillikdə təmizlik işlərində iştirak edir.