Accessibility links

Mərakeşdə zəlzələ: 800-dən çox insan ölüb


Cümə günü gecə saatlarında Mərakeşdə güclü zəlzələ baş verib. Nəticədə Atlas dağlarındakı kəndlərdən tutmuş tarixi Mərakeş şəhərinə kimi yerlərdə 800-dən çox insan ölüb, binalar dağılıb. Xilasedicilər şənbə günü dağıntılar arasında axtarış apardığı və ucqar ərazilərə çatmağa çalışdığı bir vaxt, tələfatların sayının artacağı gözlənilir.

Dövlət televiziyasında gecə saatlarında Mərakeş küçələrində toplaşan insanların binalara qayıtmaqdan qorxduğu göstərilib.

Bir kişi qonşu mənzilə daxil olduğu zaman qabların və divarda asılan əşyaların yerə düşməyə başladığını, ayaqda dayanan və oturan insanların yerə yıxıldığını deyib. Bir qadın “şiddətli titrəyiş”dən sonra evindən qaçdığını bildirib. Qucağında uşaq olan bir başqa kişik titrəyişdən çarpayıda oyandığını söyləyib.

Xilasedicilər binaların dağınıları altında sağ qalanları axtarıb. Yerli mediada bir tərəfində böyük bir dəlik açılan bina və dağılan binanın qalıqları ilə örtülmüş maşının görüntüləri əks olunub.

Mərakeşdə 12-ci əsdrə inşa edilən məşhur Kutubia Məscidinə ziyan dəyib. Onun 69 metrlik minarəsi “Mərakeşin damı” kimi tanınır. Mərakeşlilər həmçinin köhnə şəhəri əhatə edən UNESCO Dünya irsi siyahısına daxil edilən məşhur qırmızı divarların bəzi hissələrinə dəyən ziyanın videolarını paylaşıblar.

Daxili İşlər Nazirliyi şənbə günü bildirib ki, Mərakeş və zəlzələnin episentrinə yaxın beş vilayətdə azı 800 nəfər ölüb, 672 nəfər yaralanıb.

Zəlzələnin episentrinə yaxın bir şəhərin icra başçısı Mərakeşin 2M xəbər saytına bildirib ki, yaxınlıqdakı şəhərlərdə bir neş ev ya tamamilə ya da qismən dağılıb,bəzi yerlərdə elektrik kəsilib, yollar bağlanıb.

Tələt N’Yaqub şəhərinin başçısı Əbderrəhim Ait Daud deyib ki, rəsmilər Əl Hauz vilayətində yolları təmizləməyə çalışırlar ki, zəlzələnin təsisinə məruz qalan insanlara təxili tibbi yardım maşınları keçə və başqa yardımlar çatdırıla bilsin, ancaq onun sözlərinə görə, dağlıq ərazilərdə yerləşən kəndləri arasındakı böyük məsafələr zərərin miqyasını təhlil etməyi çətinləşdirəcək.

Forum

XS
SM
MD
LG