Accessibility links

Şərqi Azərbaycanda kənd əhalisi mis mədəninin fəaliyyətinə etiraz edir


Şərqi Azərbaycan vilayətinin Heris şəhərində Cığa kəndinin sakinləri kəndin yaxınlığında yeni bir mis mədəninin fəaliyyətə başlamasına etiraz edirlər.

Yarı-rəsmi Mehr agentliyinin məlumatına görə, kənd sakinləri yeni mədənin ətraf mühitə və əhalinin sağlamlığına vuracağı ziyanlardan narahat olduqlarını önə çəkirlər.

“Mədən şirkəti kəndlilərə məlumat vermədən və onların razılığını almadan keçən yanvar ayında təchizat göndərək fəaliyyətə başlamışdı. Lakin, əhalinin etirazı ilə fəaliyyəti dayandırdılar. Buna baxmayaraq, Əhər və Heris millət vəkilinin də təsdiq etdiyi məlumata əsasən, Novruz tətillərindən sonra investor şirkət kəşfiyyat fəaliyyətlərini başladacaq,” agentlik bildirib.

Cığa kəndinin çayı və əhalinin içməli suyunu təmin edən bulaqların mədən yaxınlığında yerləşdiyi bildirilir.

Mehr agentliyinə müsahibə verən kənd sakinləri deyiblər ki, “mədənin fəaliyyətə başlaması və su qaynaqlarının çirklənməsi ya kəsilməsi bölgədə içməli su böhranına da yol açacaqdır. Cığa kəndinin çayı Qaraca bölgəsindən keçib Acıçaya axır. Cığa suyunun çirklənməsinin Acıçaya da təsir edəcəyi gözlənilir.”

Ayraqlı dağının yaxınlığında yerləşən və gözəl təbiəti ilə tanınan Cığa kəndində 400-dən çox ailə yaşayır. Onlar dolanışığını heyvandarlıq, əkinçilik, bağçılıq və xalçaçılıqla təmin edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG