Accessibility links

Şərqi Azərbaycan – “sərvəti başqa bölgələrə gedən zəngin bir vilayət”


“Şərqi Azərbaycan zəngin bir vilayətdir, lakin bu vilayətin sərvəti və sərmayəsi başqa bölgələrə köçürülür.”

Bunu Şərqi Azərbaycan vilayətinin İdarəetmə və Planlaşdırma Təşkilatının yeni sədri Məhəmməd Fərşkaran yarı-rəsmi “Fars” agentliyinə müsahibəsində deyib.

Fərşkaran müsahibədə Şərqi Azərbaycanda sənaye, kənd təsərrüfatı, investisiya və məşğulluq vəziyyəti kimi məsələlər haqqında danışıb.

Məhəmməd Fərşkaran
Məhəmməd Fərşkaran

O, son vaxtlar mübahisə mövzusu olan Süngün mis mədəni haqqında deyib ki, “təəssüflə görürük ki, Süngün mis mədəninin xammalı emal olunmadan yüklənərək digər vilayətlərə, xüsusilə Kirmana göndərilir. Bu səbəblə Azərbaycanın sərvətinin əsas əlavə dəyəri başqa vilayətlərə nəsib olur. Bu heç məntiqli deyil.”

Fərşkaran həmçinin sərmayə sahiblərinin investisiya qoymaq üçün Azərbaycana deyil Tehran kimi vilayətlərə üstünlük verdiyini ifadə edib.

“Kapital sahibləri artıq əlavə dəyər əldə etmək üçün sərvətlərini daha çox Tehrana daşıyıb və mənzil kimi sektorlara sərmayə yatırırlar. Sərmayə qaçışını əks yönə çevirmək üçün bir çarə düşünməliyik,” deyə Şərqi Azərbaycanın İdarəetmə və Planlaşdırma Təşkilatının sədri ifadə edib.

İran Azərbaycanında yerləşən qızıl, mis və digər qiymətli daş mədənlərinin gəliri hazırda ən çox müzakirə edilən mövzulardan biridir. Siyasi fəallar, habelə bəzi millət vəkilləri və yerli siyasətçilər bölgə əhalisinin bu mədənlərin gəlirindən yararlanmadığını önə çəkirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG