Accessibility links

Mehdi Nəimi: Dövlət İran Azərbaycanının təbii sərvətini mərkəzi bölgələrə köçürür


Mehdi Nəimi İran Azərbaycanındakı təbii sərvətlərin dövlət tərəfindən talan edildiyini söyləyir. Amerikanın Səsinə danışan iqtisadçının sözlərinə görə, dövlət İran Azərbaycanındakı xam maddələr və qiymətli mədən daşlarını emal edəcək böyük sənayeləri İranın mərkəzi bölgələrində təsis edir.

Mehdi Nəimi: Dövlət İran Azərbaycanının təbii sərvətini mərkəzi bölgələrə köçürür
please wait

No media source currently available

0:00 0:13:40 0:00

Bu yaxınlarda türk fəallar Təbriz divarlarında “İran Azərbaycanına qarşı müstəmləkəçiliyə son!” və bunun kimi şüarlar yazaraq hakimiyyətin iqtisadi siyasətlərinə etiraz bildiriblər.

Bu maddələri başqa bölgələrə köçürürlər ki, bu bölgədə çox sayda işçi tələb edən sənayelər qurulmasın və ya sərvət toplanmasın. Buna görə, xam şəkildə çıxarıb istədikləri yerə götürürlər. Hətta bunun üçün daşıma xərcini də gözə alırlar.


Mehdi Nəimi deyir ki, “iqtisadi göstəricilərə baxdığımızda, bu siyasi şüarların gerçək üzü də ortaya çıxar. Deyə bilərik ki, Azərbaycanın yeraltı və yerüstü sərvətləri hesabsız-kitabsız talan olunur. Dövlət o coğrafiyanın qaynaqlarından istifadə edə bilər, ancaq bu, bölgə insanlarını da faydalandırmaq niyyəti ilə doğru ola bilər. O bölgəni talan edib və ayrı yerlərə daşımaq və orada yaşayan insanları çətin durumda buraxmaq müstəmləkəçiliyə dair o şüarların gerçəkliyini göstərər.”

Ekspert əlavə edir: “Güney Azərbaycanda mədənlər bu şəkildə talan olur və ya çox cüzi bir miqdarı bölgədə istifadəyə verilir. Bu maddələr xam bir şəkildə daşınır və ayrı yerlərə köçürülür. Özəlliklə çox qiymətli daşlar və mədən məhsulları talan edilir.”

Onun fikrincə, qiymətli daşlar və xam maddələrin başqa bölgələrə köçürülməsinin bir səbəbi də dövlətin İran Azərbaycanında böyük sənayeləri təsis etməkdən imtina etməsidir:

“Bir məsələ də budur ki, bu xam maddələri olduğu yerlərdə emal etmək çox sayda işçinin o bölgələrdə bir araya toplanmasına yol aça bilər. Bu da müstəmləkəçi hakimiyyətlərin siyasətlərinə ziddir. Yəni, çox sayda işçi tələb edən sənayelər qurulmasın deyə, və ya sərvət o bölgədə toplanmasın deyə, xam şəkildə çıxarıb istədikləri yerə götürürlər. Hətta, bunun üçün daşıma xərcini də gözə alırlar. Çünki, bu maddələri daşımağın ağır xərci ola bilər. Ancaq bu xərcə qatlaşırlar ki, o coğrafiyada o sənaye baş tutmasın.”

Güney Azərbaycanın milli fəalları iqtisadi ayrı-seçkilikləri öncədən də səsləndirirdilər. Ancaq bunları ciddiyə alan yox idi. Millətimiz də fəalların bir çox sözünü eşitmirdi.


Son vaxtlar milli fəallardan əlavə, yerli media və bəzi millət vəkilləri də İran Azərbaycanına qarşı iqtisadi ayrı-seçkiliklərə etirazlarını keçmişə görə daha açıq bir şəkildə səsləndirməyə başlayıblar.

Mehdi Nəiminin dediklərinə görə, “Güney Azərbaycanın milli fəalları iqtisadi ayrı-seçkilikləri öncədən də səsləndirirdilər. Ancaq bunları ciddiyə alan yox idi. Millətimiz də fəalların bir çox sözünü eşitmirdi. Amma getdikcə bu fəaliyyətlərin nəticəsində bunun ədəbiyyatı bizim toplumumuzda yarandı və sanki üzərinə bir rəsmi köynək geydi və Güney Azərbaycanda diskursu dəyişdirdi. Bu səbəblə siyasətçilər də istər-istəməz bu diskursa keçdilər. Çünki bunları danışmağa başlamasaydılar, artıq millətdə sual işarəti yaranacaqdı. Çünki artıq bu mövzular faktları ilə birlikdə toplumda yayılıb.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG