Accessibility links

Konqoda Ebola epidemiyası sona çatıb


Konqo höküməti Ebola epidemiyasının sona çatdığını elan edib. Bunun baş verməsində səhiyyə rəsmilərinin və Ümumdünya Səhiyyə Təşkilatının xəstəliyin qarşısının alınmasında operativ addımları xüsusilə qeyd edilib.

Çərşənbə axşamı ebola virusuna sonuncu yoluxma halından sonrakı 42-ci gün idi. Bu isə 21 günlük inkubasiya dövründən keçən iki müddətdir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, hökumətin epidemiyaya sürətli reaksiya verərək, ehtiyac olan ərazilərə tez bir zamanda dəstək göndərməyə çalışıb və xəstəliyin riskləri barədə ictimaiyyəti ətraflı şəkildə məlumatlandıra bilib.

Təşkilatın sözçüsü onu da əlavə edib ki, agentlik bu dəfə beş il əvvəl Qərbi Afrikada 11 min insanın ölümünə səbəb olan Ebola epidemiyasından daha yaxşı hazırlaşmışdı.

Ebola insanlar arasında qurbanların bədən mayesi ilə təmasda olduqları zaman yayılan xəstəlikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG