Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, noyabr ayında Siyerra Leonedə Ebola virusuna son qoyulduğunun elan edilməsinə baxmayaraq, yanvar 21-də ikinci şəxsin bu virusa yoluxduğu bildirilib.
Birinci yoluxma hadisəsi bir qadında keçən həftə müəyyən edilib. Qadın yanvarın 12-də vəfat edib.
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü bildirib ki, qadına xəstə olduğu zaman ona qulluq edən xalasının analiz nəticələri müsbət çıxıb.
O deyib ki, qadının xalası nəzarətə götürülüb və müalicə olunur.
Ebola epidemiyası Cənubi Afrika, Liberiya və Qvineyada 11 min insanın ölümünə və 28 mininin yoluxmasına səbəb olub.