Accessibility links

ABŞ-da sonuncu məlum Ebola xəstəsi sağalıb və xəstəxanadan çıxıb


Nyu-York şəhərinin meri Bill de Blazio xəstəxandan çıxmış həkim Qreq Spenserlə
Nyu-York şəhərinin meri Bill de Blazio xəstəxandan çıxmış həkim Qreq Spenserlə

Birləşmiş Ştatlarda sonuncu məlum Ebola xəstəsi olan nyu-yorklu həkim müalicə nəticəsində sağaldıqdan sonra xəstəxanadan çıxıb.

Nyu-York şəhər xəstəxanasının müdiriyyəti ciddi müalicədən sonra 33 yaşlı Qreq Spenserin Ebola xəstəliyindən sağaldığını elan edib. Onlar Qreq Spenserin ictimaiyyət üçün risk yaratmadığını bidiriblər.

Sərhədsiz Həkimlər təşkilatında çalışan həkim Qerq Spenserin Qvineyada xəstələri müalicə edib ABŞ-a qayıdandan sonra Ebola virusuna yoluxduğu aşkar edilmişdi. Qızdırma, ürək bulanması, ağır və yorğunluq simptomlarına malik olması və onun Nyu-Yorkun metro sisteminin ayaqyolundan istifaadə etməsi Ebola virusunun ölkənin ən böyük şəhərində yayıla bilməsilə bağlı qorxulara yol açmışdı. Qreq Spenser Nyu-Yorkun Bellevue xəstəxanasında təcrid edilərək, müalicə olunub.

Xəstəxanadan çıxandan sonra mətbuat konfransında danışan həkim Spenser deyib ki, onun sağalması diaqnozun ilkin mərhələdə qoyulub xəstəliyin müalicənin edilməsinin əhəmiyyətini göstərir. O indi əsas diqqətin Ebola xəstəliyi epidemiyasının mərkəzi olan Qərbi Afrikaya yönəlməli olduğunu bildirib və Ebola xəstələrinin müalicə edən xarici tibb işçilərinə ictimai dəstəyə çağırıb.

XS
SM
MD
LG