Accessibility links

Əbülfəs Qarayev: ”İşğal olunmuş ərazilərdə Azəbaycan abidələri dağıdılır”


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

"İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi memarlıq abidələri, bizim mirasımız müflisləşərək qalır". Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 26-da Quba rayonunda İkigümbəzli hamamın bərpadan sonra açılşı zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ və onun ətrafında işğalda olan rayonlarda gedən proseslər abidələrin qorunmasına, bərpasına, mühafizəsinə imkan vermir.

"İşğalçı qonşularımız bu məkanları dağıdır, özününküləşdirir, onların tarixini dəyişdirir və biz təəssüflər olsun ki, bu gün ciddi hərəkətə keçə bilmirik. Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra bu işlərlə ciddi məşğul olacağıq. Buna baxmayaraq, bu məsələləri beynəlxalq ictimaiyyət qarşısında qaldırırıq. Faktaraşdırıcı missiyaların gəlməsini arzulayırıq. Bununla bağlı dəfələrlə müraciət etmişik. İşğalçı siyasət həyata keçirən Ermənistan tərəfindən bu missiyaların həyata keçirilməsi üçün əngəllər törədilir", nazir qeyd edib.

Bununla yanaşı, nazir erməni tərəfinin nəzarətində olan Azərbaycan ərazilərində nə qədər abidənin tam və qismən dağıdıldığını deməyib.

Öz növbəsində, Ermənistan tərəfi hələ Azərbaycanın mədəniyyət və turizm nazirinin dediklərinə münasibət bildirməyib.

XS
SM
MD
LG