Accessibility links

Parlament əcnəbilərin qeydiyyata alınması ilə bağlı yeniliklərə səs verib


Viza rejimi
Viza rejimi

Yaşayış sahəsinin sahibi 3 iş günü ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət etməlidir

Martın 5-də Milli Məclis “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun tətbiqi əsasnaməsində, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında əsasnamə”nin təsdiq edilməsi barədə” qanunda və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişikliklər edib.

“Media forum” saytı xəbər verir ki, dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi 3 iş günü ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində qəbul edən tərəfə məlumat verir.

Əcnəbilər bu müddətlərə qeydiyyata alınırlar: viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

Olduğu yer üzrə qeydiyyata alınmaq üçün əcnəbi dövlət rüsumu ödəmir.
Əcnəbilər olduğu yerdən getdikdə qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilir. Əcnəbi olduğu yeri dəyişdikdə, yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG