Accessibility links

ABŞ ebola virusu ilə mübarizəyə yardım məqsədi ilə yeni ölçülər götürür


ABŞ prezidenti Qərbi Afrikada ebola virusu ilə mübarizəyə yardım məqsədi ilə yeni ölçülər açıqlamalıdır. Barak Obama Atlantada yerləşən Xəstəliklərə Nəzarət Mərkəzində səhiyyə ekspertləri ilə müzakirələr keçirəcək.

Regiona 3000 əsgərdən ibarət qüvvə göndəriləcək.

Ağ Evin bəyanatında deyilir ki, Liberiyanın paytaxtı Monrovoyadaki yeni komanda mərkəzinə yerləşdiriləcək qüvvələr təchizat və avadanlıqların daşınmasına yardım edəcək.

ABŞ bundan əlavə xüsusi müalicə mərkəzlərinin inşasını planlaşdırır. Həmin mərkəzlərdə həftədə 500 səhiyyə işçisinə təlim veriləcək.

Amerikanın Beynəlxalq İnkişaf Agentliyi insanların virusdan müdafiəsi üçün kampaniyaya başlayır. İlk əvvəl Liberiyada təhlükə qarşısında olan 400 min ailəyə yardım göstəriləcək.

Ebola Qvineya, Sierra Leone, Nigeriya və Sineqal kimi Qərbi Afrika ölkələrində 4700 nəfərin xəstələnməsinə, təkcə Liberiyada 2400 adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG