Accessibility links

Avrozona iqtisadiyyatında azalma müşahidə edilir


Borc böhranı yaşayan avroməkanda iqtisadiyyat 2012-ci ilin ilk üç ayında artmadıqdan sonra bu ilin ikinci rübündə bir az da azalıb.

Bu gün çıxarılan statistik rəqəmlər avrobloka daxil 17 ölkədə ümumdaxil məhsul istehsalı ötən kavartalla müqayisədə 0.2 faiz azaldığını göstərib.

Avroməkanda ən güclü iqtisadiyyata malik Almaniya ehtimal edildiyindən çox, 0.3 faiz artıb. Fransa üçüncü kvartalda cüzi artım gözlənildiyini deyib. Ölkənin Mərkəzi Bankının rəsmiləri ötən həftə iyul, avqust və sentyabr aylarında iqtisadiyyatın bir az azalacağını ehtimal etdiyini deyib. Bir çox Avropa ölkələri artan defisitin qarşısını almaq üçün qeyri-populyar xərclərin azaldılması planını tətbiq edib.
XS
SM
MD
LG