Accessibility links

Ərdəbildə narkotik maddə daşımaqda ittiham edilən şəxs edam edilib


edam
edam

Son günlərdə Ərdəbildən başqa İranın bir neçə digər bölgələri, o cümlədən Gilan vilayətində də bir neçə edam hökmü həyata keçirilib

Dünən Ərdəbil Mərkəzi Zindanında narkotik maddə metamfetamin daşımaq ittihamı ilə mühakimə edilmiş bir şəxs asılaraq edam olunub.

Xəbəri yayan Ərdəbil Ədliyyəsinin ictimai əlaqələr xidməti asılan məhkumun adı və ya cinsiyyəti ilə bağlı məlumat verməyib.

“580 qramdan artıq kristal (metamfetamin) narkotik maddəsi daşımaq ittihamı ilə Ərdəbil İnqilab Məhkəməsi tərəfindən edama məhkum olan şəxs hökmün Baş Prokurorluqda təsdiq edilməsindən sonra Ərdəbil Mərkəzi Zindanında dini və qanuni tədbirlərlə bərabər edam edildi,” deyə edam xəbəri Ərdəbil Ədliyyəsinin veb səhifəsində yer alıb.

Son günlərdə Ərdəbildən başqa İranın bir neçə digər bölgələri, o cümlədən Gilan vilayətində də bir neçə edam hökmü həyata keçirilib.

Beynəlxalq insan haqları təşkilatları son iki ildə İranda edamların kəskin artdığından narahatlıqlarını bildirirlər.

Narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar artmaqda olan edamlara qarşı müxalif səslər artıq İran Parlamentində də eşidilməyə başlayıb.

Ötən həftə etnik lurların sıx yaşadığı Xurrəm Abad şəhərinin millət vəkili İrəc Əbdi əlaqədar orqanlardan narkotik maddə qaçaqmalçılığı ilə bağlı edam cəzasının nəzərdən keçirilməsini istəyib. Mehr xəbər agentliyinə istinadən, millət vəkili toplumda narkotik maddə məsrəfinin edamlarla azalmadığını söyləyib.

XS
SM
MD
LG