Accessibility links

Hüquq müdafiəçiləri: Keçən iki həftədə İranda 60 məhkum edam edilib


Məhəmmədrza Sadıqi
Məhəmmədrza Sadıqi

İranda edamlara dair məlumat yazan İran HR qrupu keçən iki həftə ərzinə ölkənin müxtəlif vilayətlərində təqribən 60 məhbusun dar ağacından asıldığını bildirib.

Edam edilənlərin çoxu narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə olunublar.

HR qrupu və HRA agentliyinin məlumatına görə, bu edamların bir çoxu İran Azərbaycanının Urmiyə, Zəncan, Mahabad (Savbulaq) və Həmədan şəhərlərində icra edilib.

Narkotik qaçaqmalçılığı ittihamı ilə məhkum olunmuş Maşallah Səyyad Novin və Azərbaycan kürdlərindən olan Məhəmmədrza Sadıqi iyulun 15-də Urmiyə Mərkəzi Zindanda dar ağacından asılıblar.

İran HR-ın bildirdiyinə görə, Ramazan ayında edam hökmlərinin icrası dayandırılmışdı. Buna görə də, Ramazandan sonra edam hökmlərinin icrası artıb.

XS
SM
MD
LG