Accessibility links

İranın nüvə təhlükəsinə qarşı ölçülər


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

ABŞ prezidenti Donald Tramp deyib ki, dünyada terrorizmi dəstəkləyən bir ölkə nüvə silahı əldə edə bilməz:

“Nə qədər ki, mən ABŞ prezidentiyəm, İran nüvə silahı əldə etmək imkanına malik olmayacaq.”

Son iki həftə ərzində ABŞ İran rejiminin nüvə fəaliyyətlərini genişləndirməsinə mane olmaq üçün maksimum iqtisadi və diplomatik təzyiq kampaniyasını artırıb. Dövlət katibi Mayk Pompeo bu yaxınlarda bu istiqamətdə atılacaq adıımları açıqlayıb.

İlk növbədə Amerika İranın nüvə proqramı ilə əlaqəli 3 layihəsinə qarşı sanksiyaların ləğvi ilə onların 60 gün ərzində dayandırılacağını və bu müddət ərzində təşkilatların bu layihələrdə iştirakının qarşısının alınacağını bildirib.
Bu, İran alimlərinin uran zənginləşdirilməsi ilə məşğul olduğu Arak reaktoruna aiddir.

Sanksiyaların ləğvi ilə 2018-ci ildə ABŞ-ın tərk etdiyi 2015-ci nüvə sazişinin şərtləri əsasında layihələrin ABŞ sanskiyalarından azad şəkildə fəaliyyətinin davam etdirilməsinə imkan yaratmışdı.

İkincisi, ABŞ uran zənginləşdirilməsi ilə bağlı iki iranlı- Əmcad Sazqara və Məcid Ağaiyə qarşı sanksiya tətbiq edib.

Üçüncüsü, Vaşinqton İran İslam Respublikasının daşınma yollarına qarşı (IRISL) İcra Əmrinin 13382 maddəsi altında sanksiya qoyub.

Dövlət katibi Pompeonun bəyanatında deyilir ki, “Nüvə Təchizatçıları Qrupu tərəfindən istifadə olunan maddələr də daxil olmaqla, silahların yayılmasında həssas maddələrin uzunmüddətli daşıyıcısı olan IRISL dəfələrlə İranın ballistik raket və hərbi proqramlarına aid materialların nəqlini həyata keçirib. O, bu təşkilatla işləyənlərin sanksiya riski qarşısında olduğunu bildirib.

İran üzrə xüsusi nümayəndə Brayan Huk deyib ki, Amerika bu addımlara rejimin nüvə proqramından beynəlxalq ictimaiyyətə qarşı qəsb aləti kimi istifadə etdiyinə görə əl atıb. O bildirib ki, biz İranın nüvə silahına aparan bütün yollarını kəsəcəyik.

XS
SM
MD
LG