Accessibility links

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə


ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə
ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqalə

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton İnsan Hüquqları Üzrə Elenor Ruzvelt mükafatının təqdimat mərasimini dünyada təqib və təzyiqlər, həbslər və işgəncələrə məruz qalan cəsarətli kişi və qadınları yad edərək açıb. O, bu insanların siyahısında bu ilin Nobel Sülh mükafatına layıq görülən Çinli yazıçı Liu Siaobonun da olduğunu deyib. Liu Osloya gedib mükafatını qəbul edə bilmədi, ona görə ki, o, “hökumətə qarşı təxribatçı fəaliyyətlərə təhrik” ittihamı ilə 11 il həbsə məhkum edilib və hazırda həbsdədir. Liu Çində dinc demokratk islahatların həyata keçirilməsinə və insan hüquqlarına daha çox hörmət edilməsinə çağıran Xartiya-08 sənədinin müəllifidir. Birləşmiş Ştatlar dəfələrlə Liu Siaobonun dərhal azadlığa buraxılmasına çağırıb.

Dövlət katibi Klinton deyib ki, Kubada Damas de Blankonun qadınları uzun müddətdən bəri siyasi məhbus olan ərləri və oğullarını dəsdəkləmək üçün hər həftə keçirdikləri yürüşlərə görə təzyiqlər, döyülmələr və nəzarət altına alınma kimi əməllərlə üzləşir. Zimbabvedə fəallar ölkədə insan hüquqlarının pozulması halları və yoxsulluqla mübarizə çağırışlardan sonra həbs edilib, qaçırılıb və ya döyülüb.

Bu il Elanor Ruzvelt insan hüquqları mükafatına layıq görülənlərin hər biri insan hüquqlarının müdafiəsində və inkişafında rol oynayan şəxslərdir. Oktyabr ayında dünyasını dəyişmiş həmin mükafatın laureatlarından Lui Henkins insan hüquqlarının hüququn müstəqil bir sahəsi olaraq araşdırılmasına rəhbərlik edib. O, Kommunist Sovet İttifaqından yəhudi qaçqın kimi insan hüquqlarının əhəmmiyyətini yaxşı dərk edirdi.

Onun həyat yoldaşı Alis Hartman Henkin də Aspen İnstitutunda Ədalət və İctimaiyyət Proqramının başçısı kimi gördüyü işlərə görə mükafatlandırılıb. Orada o, Birləşmiş Ştatların insan hüquqları, beynəlxalq hüquq və sülhün mühafizəsi sahəsindəki siyasətinin formalaşmasına yardım məqsədi ilə hüquqşünaslar, bizinesmenlər və təhsil sahəsindəki ekspertlərin birgə fəaliyyətini təşkil edib.Veyd Hendersın isə Amerikada mülki hüquqların müdafiəsi sahəsindəki fəaliyyətinə görə mükafata layıq görülüb.

Mükafatın sonuncu laureatı Sera Kleto Rialdır. O, müharibə zamanı qadınlara qarşı qəddarlıqlara diqqətləri cəlb etməyə çalışdığına görə Sudanın cənubunda vətəndaş müharibəsi gedən bölgədən, daha sonra isə Xartumdan qaçaraq qaçqın kimi Birləşmiş Ştatlarda yerləşib. O, 1999-cu ildə Amerikaya gəldikdən sonra “Bacımı Qoruyun” adlı qeyri-hökumət təşkilatında işləməyə başlayıb. Qurum Sudanın cənubunda məktəblər inşa etdirib, müəllimlərin təlimi və qadınlara təhsil proqramları həyata keçirib.

Xanım Rial mükafatın təqdimatı zamanı deyib: “Biz qadınlar bu gün gücümüzdən istifadə edərək Sudan və bütün dünyada gələcəyimizi özümüz müəyyən edirik. Biz ölkəmizdə və dünyanın hər tərəfində hüquqlarımızı əldə edib, sülhə nail olacağıq” - deyə o qeyd edib.

XS
SM
MD
LG