Accessibility links

Ədliyyə Nazirliyi Hillari Klintonla bağlı istintaq başlatmağı nəzərdən keçirir


ABŞ Ədliyyə Nazirliyi respublikaçıların Konqresdə qaldırdıqları bir neçə məsələ ilə bağlı istintaq başlatmağın doğru olub-olmadığını nəzərdən keçirir. Buna prezidentliyə keçmiş demokrat namizəd Hillari Klintonla bağlı bir sıra məsələlər daxildir.

Baş prokuror Cef Seşşionsın bazar ertəsi Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə göndərdiyi məktubda yüksək səviyyəli federal prokurorlara bu ilin əvvəli qanunvericilərin ona yolladıqları məktubda sadalaqdıqları məsələləri nəzərdən keçirməyə dair göstəriş verdiyi bildirilir.

Məktubda həmçinin Federal Təhqiqat Bürosunun Rusiyanın 2016-ci il prezident seçkisinə müdaxiləsi il bağlı apardığı istintaqıın bəzi aspektlərinin təhqiq edilməsinə çağırılıb.

Çərşənbə axşamı Nümayəndələr Palatasının Ədliyyə Komitəsi qarşısına çıxacaq Seşşionsa istintaqın gedişatı ilə bağlı sualların veriləcəyi gözlənilir.
Prezident Donald Tramp Federal Təhqiqat Bürosunun keçmiş direktoru Robert Müllerin Rusiyanın seçkilərə müdaxiləsi və Rusiya ilə Tramp kampaniyası arasında mümkün əlaqələrinə dair apardığı istintaqı tənqid edib.

ABŞ kəşfiyyat agentlikləri yanvar ayında Rusiyanın Klinton kampaniyasına zərər verməyə və Trampın qalib gəlmək şanslarını artırmağa çalışdığına dair hesabat yayıb.

Tramp isə dəfələrlə hüquq-mühafizə orqanlarını Klintonla bağlı daha çox təhqiqat aparmağa çağırıb.

Prezidentin şərhləri və Seşşionsın addımı demokratların hökümətin icraedici qolunun ədliyyəyə müdaxilə etməsi ilə bağlı narazılıqlarına səbəb olub.

XS
SM
MD
LG