Accessibility links

ABŞ Edvard Snoudenin ölkəni tərk etməsinə yol verən Honq Konqa narazılığını bildirib


Ağ Ev rəsmiləri Rusiyanın sabiq ABŞ kəşfiyyat podratçısının geri, Birləşmiş Ştatlara göndərilməsi üçün bütün imkanları nəzərdən keçirməsini gözləyir.

Edvard Snouden bazar günü Honq Konqdan Moskvaya gedib. O, hökumətin telefon danışıqlarını və internet fəaliyyətini izləməsi barədə məxfi məlumatı yaydıqdan sonra Birləşmiş Ştatlara ekstradisiya edilməsindən yayınmağa çalışır.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Kaitlin Hayden deyib ki, ABŞ-ın Honq Konqdan Snoudenin həbsini rəsmən xahiş etməsinə baxmayaraq, Ağ Ev onun Honq Konqu tərk etməsinə icazə verilməsindən narazıdır.

Bazar günü Rusiyaya çatdıqdan sonra o, Moskva hava limanında saxlanılıb. Rusiya xəbər agentliyi onun bu gün yekun mənzilə çatmazdan əvvəl Kubaya yola düşəcəyi barədə məlumat verib. Snouden Ekvadordan siyasi sığınacaq istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG