Accessibility links

Əfqanıstanda prezident seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb


Əfqanistanın seçki rəsmiləri bildirib ki, prezident seçkilərinin ikinci turunda Əşrəf Qani rəqibi Abdulla Abdulladan böyük fərqlə irəlidədir.

Rəsmilərin seçkinin son nəticələrinin fərqli ola biləcəyini deməsinə baxmayaraq, Qaninin tərəfdarları Kabil küçələrinə çıxaraq qələbəni qeyd edib.

İlkin nəticələrə əsasən Qani ikinci turda 56.44 faiz, birinci raunda irəlidə olan Abdulla isə səslərin 43.56 faizini alıb.

Abdulla və onun seçki kampaniyası iyunun 14-də seçkinin ikinci turunda kütləvi pozuntuların olduğunu iddia edir.

ABŞ Dövlət Departamenti seçkiləri hərtərəfli təhlil etməyə çağırıb.

Seçki rəsmiləri 13.5 miliyon seçicidən təxminən 8 miliyonun səsvermədə iştirak etdiyini bildirir.

XS
SM
MD
LG