Accessibility links

Efiopiyada 17 boş tabut paytaxt küçələrinə çıxarılıb


Efiopiya təyyarəsinin qəza qurbanlarına matəm saxlanılır. Ölkənin milli bayrağına bükülmüş 17 boş tabut paytaxt küçələrinə çıxarılıb.

Mərasim rəsmilərin 157 qurbanın ailələrinə onların cəsədləri deyil, torpaqla dolu kisələr verməsindən bir gün sonra keçirilib. Belə ki, onların kimliklərinin müəyyən ediilməsi uzun vaxt aparacaq.

Bir çox ailə bir kiloqram torpaq aldığını təsdiq edib.

Qəzadan sonra Efiopiya hava yolları şirkəti Boeing 737-Max 8 təyyarələrinin uçuşlarını dayandırıb.

ABŞ prezidenti Donald Tramp Efiopiyada baş verən və 157 nəfərin həlak olduğu qəzadan sonra ABŞ-ın Boeing 737 MAX təyyarələrinin uçuşlarının dayandırdığını bildirib.

Donald Tramp bildirib ki, ABŞ bu qərarı Kanada və digər ölkələrlə koordinasiya edərək qəbul edib.

Boeing şirkəti rəsmi internet saytında 737 MAX-ın təhlükəsizliyinə olan inamına baxmayaraq, ABŞ səlahiyyətlilərinin qadağasını dəstəkləyən bəyanat yayımlayıb.

Kanadanın nəqliyyat naziri jurnalistlərə bildirib ki, qadağa Boeing 737 MAX-in ölkə ərazisində qalxması və enməsinə, həmçinin Kanada hava məkanında bu tip təyyarələrin uçuşlarına aiddir.

Daha əvvəl Boeing 737 MAX uçuşlarında qadağa və ya məhdudiyyətləri aşağıdakı şirkətlər qoyub:

  • Meksika aviaşirkəti - Aero Meksika
  • Avstraliya Mülki Aviasiya Təhlükəsizliyi Agentliyi
  • Bermuda Mülki Aviasiya Təşkilatı
  • Braziliya aviaşirkəti - Gol
  • Cayman Airways aviaşirkəti
  • Çin Mülki Aviasiya İdarəsi
  • Cənubi Afrika şirkəti - Comair
  • Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi
  • Efiopiya hava yolu şirkəti Efiopiya Hava yolları
  • Yeni Zelandiya Mülki Aviasiya Təşkilatı
  • Fici Mülki Aviasiya Təşkilatı
  • Honq-Konqun Mülki Aviasiya Şöbəsi
  • Hindistan Mülki Aviasiya Nazirliyi
  • İraq Mülki Aviasiya Təşkilatı
  • Qazaxıstanın Mülki Aviasiya Komitəsi
  • Küveyt Mülki Aviasiya İdarəsi
  • Makao Mülki Aviasiya İdarəsi
  • Monqolustan aviaşirkəti MIAT
  • Nigeriya Aviasiya Nazirliyi
  • Norwegian Air - Norveç loukoster aviaşirkəti
  • Rusiya aviaşirkəti S7.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG