Accessibility links

Efiopiya hökuməti Misiri ölkədə üsyançıları dəstəkləməkdə günahlandırıb


Efiopiya hökuməti regional rəqibi olan Misiri üsyançıları dəstəkləməkdə və Əddis Əbəbə hökumətini qadağan saatı tətbiq etməyə vadar etməkdə günahlandırır.

Bir həftə əvvəl ölkənin cənub-şərqindəki Bişoftu şəhərində dini mərasim zamanı 50-dən çox insan təhlükəsizlik qüvvələrinin hökumət-əleyhdarı nümayişçilərə atəş açmasından sonra yaranmış basırıq nəticəsində həlak olmuşdur.

İnsident ötən həftə Oromiada fermalar, zavodlar və hökumət binalarında yanğınların törədilməsindən sonra daha da artıq zorakılıqlara yol açıb.

Hökumət sözçüsü Qetaçe Reda deyib ki, altı ay davam edəcək qadağan saatı hökumətin Oromia boyu hücumları təşkil edən fəaliyyətinə qadağa qoyulmuş Oromo Azadlıq Cəbhəsi ilə mübarizə aparmasına imkan yaradacaq.

“Biz bilirik ki, terrorçu qrup olan Oromo Azadlıq Cəbhəsi Misirdən hər növ dəstək alırdı. Təşkilatın liderləri əvvəl Asmarada idilər, indi isə Qahirədədirlər. Və əlbəttə oradan onlar bu ölkədə sabitliyi pozmaq üçün hər cür təlimatlar verirlər” deyə Efiopiyanın hökumət sözçüsü Qetaçe Reda bildirib.

İnsan haqları qrupları və müxalifət fəalları ötən il ərzində hökumət-əleyhinə nümayişlərdə 400 nəfərin öldürüldüyünü bildirib.

Nümayişçilər Qərblə təhlükəsizlik sahəsində müttəfiq və Afrika qitəsində iqtisadi baxımdan ən yüksək inkişafa malik ölkələrdən biri olan Efiopiyada daha geniş azadlıq tələb edir.

Misir və Efiopiya arasında Nil çayından istifadə məsələsi ilə bağlı mübahisə mövcuddur. Misir iddia edir ki, Efiopiyanın çay üzərində inşa etdiyi su-elektrik bəndi onun payına düşən çay axınının azalmasına səbəb olacaq. .

Qahirə Efiopiya üsyançılarına hər hansı dəstəklə bağlı iddiaları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG