Accessibility links

Əfqanıstanda tərcüməçilik etmiş qaçqının Amerika hekayəsi [Video]


Əfqanıstanda tərcüməçilik etmiş qaçqının Amerika hekayəsi
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Nahar vaxtı biznes yaxşı gedir. Müştərilərin əksəriyyəti yaxınlıqda olan ofis əməkdaşlarıdır.

Məhəmməd Məşuq Dövləti ilə ünsiyyət zamanı məlum olur ki, onun ingilis dili biliyi mükəmməldir. Bu, onun üçün qeyri-adi bir şey deyil. Dövləti Əfqanıstanda beynəlxalq döyüş dəstələri üçün tərcüməçilik edirdi.

“Taliban, Əl-Qaidə və Haqqani kimi şəbəkələr səbəbindən mənim və ailəmin həyatı təhlükədə idi. Çoxlu sayda tərcüməçi öldürülmüşdü. Onları oğurlayıb, sonra öldürürdülər. Bəzi hallarda başları kəsilirdi. Biz hər zaman bu cür pis insanlardan təhdid mesajları alırıq.”

Dövləti öz vətənini tərk etmək qərarını verdi. O, xüsusi mühacir vizası alaraq, yoldaşı və iki uşağı ilə ABŞ-a gəlib. Cütlüyün üçüncü uşağı isə Amerikada doğulub. Beynəlxalq hərbçilərlə, xüsusilə də amerikalı əsgərlərlə səkkiz il çalışmış Dövlətinin böyük gözləntiləri var idi.

“Onlar bizə Amerikaya gəlmək və həyatımızı xilas etmək üçün viza verdilər. Amma onlar bizə başqa heç cür kömək etmədilər. Xüsusilə də iş imkanları baxımından.”

Amerikaya gələndən sonra Dövləti aşkar etdi ki, onun dil bilikləri və əvvəlki iş təcrübəsi yeni ölkədə iş tapmaq üçün kifayət deyil.

“Sən hara getməli olduğunu, hətta işə necə müraciət etməli olduğunu bilmirsən. Biz məcbur olub restoran kimi yerlərə gedib, iş üçün müraciət etmək üçün insanlarla üz-üzə görüşürdük. Nəticədə, mən və mənim dostlarıma altı ay tələb olundu ki, iş tapa bilək.”

Onun ilk işi restoranda təmizlik və qida hazırlığı idi.

“İlk zamanlar mənim üçün çox çətin idi. Çünki, necə izah edim, mən bu cür işlərə alışqan deyildim. Mən bu cür işlərdə çalışmamışdım. Amma sonra işə uyğunlaşdım, daha çox işlədim. Hətta kassada çalışdım. Sonra isə aşpaz oldum.”

Dövləti ailəsini təmin etmək üçün iki işdə çalışmalı olurdu. Amma sonra o, iranlı qaçqınların idarə etdiyi qida satışı ilə məşğul olan maşın tapdı. Onlar artıq üç ildir ki, bir çalışırlar. Biznesləri də çox yaxşı gedir.

“Fars, əfqan yeməkləri ilə mən yaxşı tanışam. Onlar yaxşı satılır. Həm də dadlıdırlar. Mənim təcrübəmdə qaçqınlar çalışqan və məsuliyyəli vətəndaş olurlar. Onlar Amerikanın böyük olmasının səbəblərindən biridir.”

Amma, Dövləti öz ilkin arzusundan məhrum olmayıb.

“Mən təhsilimi davam etmək istəyirəm. Həmişə arzusunda olduğum işin axtarışındayam. Buna baxmayaraq, bu biznes də çox yaxşı gedir və burada çalışmağı sevirəm.”

XS
SM
MD
LG