Accessibility links

106 yaşlı əfqan qadın İsveçdən deportasiya edilir


Könüllülər əfqan mühacir Bibihal Üzbəkiyə kömək edir. Xorvatiya qaçqın düşərgəsi - 27 oktyabr 2015
Könüllülər əfqan mühacir Bibihal Üzbəkiyə kömək edir. Xorvatiya qaçqın düşərgəsi - 27 oktyabr 2015

İsveç höküməti tərəfindən sığınacaq tələbi rədd edildikdən sonra dünyanın ən yaşlı mühaciri sayılan 106 yaşlı əfqan qadının ölkədən göndərilməsinə qərar verilib.

Bibihal Uzbekinin ailəsi deyir ki, onun müraciəti rədd edildikdən sonra ən yaşlı mühacir iflicdən əziyyət çəkir. Uzbeki 2015-ci ildən etibarən İsveçdə yaşayır. Yaxınlarının sözlərinə görə, Uzbekinin geri qayıda bilməsi mümkün deyil. Çünki, o nə görə, nə eşidə bilir, nə də ki gəzə bilir.

​Sanna Vestin – İsveçin mühacirlərə yardım qrupu şəbəkəsinin prezidentidir.

“Miqrasiya agentliyinin gətirdiyi səbəb budur ki, artıq Əfqanıstan o qədər də təhlükəli deyil və siz orada yaşamağa təhlükəsiz yer tapa bilərsiniz. Lakin bu heç də belə deyil. Onların misal gətirdikləri yerlər ancaq Kabil, Herat kimi böyük şəhərlərdir. Həqiqətdə isə həmin ərazilər çox təhlükəlidir", o bildirib.

Uzbekinin ailəsi çıxarılmış qərardan apelyasiya şikayəti verəcəyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG