Accessibility links

Terrorçular Əfqanıstanda yardım agentliyinə hücum edib


Silahlı şəxslər Əfqanıstanın şərqində Calalabad şəhərində Save the Children beynəlxalq humanitar yardım agentliyinin qərargahına hücum edib. Hücum nəticəsində üç nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb.

Nangarhar vilayətinin yerli hökumətinin sözçüsü Attullah Xoqyani bildirib ki, intiharçının maşına yerləşdirilmiş bombanı girişdə partlatmasından sonra silahlı şəxslərdən ibarət qrup qərargaha hücum edib. Təhlükəsizlik qüvvələri və hücumçular arasında uzun müddət atışma davam edib. Xoqyaninin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri hücumdan bir qədər sonra qərargahı mühasirəyə alıb.

Hücuma görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb.

ABŞ Dövlət Departamentinin sözçüsü Hather Nauert Twitter sosial şəbəkəsində açıqladığı bəyanatında Birləşmiş Ştatların hücumu qınadığını və hadisə qurbanları və onların ailələrinə başsağlığı ifadə etdiyini bildirib.

Calalabad İŞİD-in Pakistan və Əfqanıstanda qolu olan İslam Dövlətinin Xorasan vilayəti qrupunun istinadgahı olan Nangarhar vilayətinin paytaxtıdır. Əfqanıstanda Taliban qrupu da ərazidə fəallıq göstərir. Lakin qrup çərşənbə günü hücumda hər hansı rolu olduğunu inkar edib.

Əfqanıstan ordusu və NATO qüvvələri Nangarhar vilayətinin müxtəlif yerlərində İslam Dövlətinin Xorasan vilayəti qrupuna qarşı döyüşlər aparır. Keçən il ABŞ hərbi qüvvələri burada dünyanın hər yerində olduğundan daha artıq tələfat verib. ABŞ hərbi qüvvələrində 21 ölüm halının üçdə biri Nangarhar vilayətində baş verib.

Save the Children qrupuna qarşı hücum Əfqanıstanda fəaliyyət göstərən beynəlxalq yardım qruplarının qarşılaşdığı təhlükələrin səviyyəsinin artdığını göstərir. Beynəlxalq Qırmızı Xaç təşkilatı keçən ilin oktyabr ayında Əfqanıstanda işçilərinin sayını kəskin azaldacağını elan edib. Keçən il hücum zamanı təşkilatın yeddi işçisi həyatını itirmişdi.

Bu günkü hücumdan iki gün əvvəl silahlı şəxslər Kabildə lüks mehmanxanaya hücum etmişdi. Hadisə çoxu xarici vətəndaş olmaqla 22 nəfərin ölümü ilə nəticələnib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG