Accessibility links

Əfqanıstan prezidenti sülh razılığına imza atıb


Əfqanıstanın prezidenti Əşrəf Qani Birləşmiş Ştatların qlobal terrorçu elan etdiyi Puştun mənşəli liderlə rəsmi sülh müqaviləsi imzalayıb.

Terrorçu lider Gülbuddin Hikmətyar imzalama mərasimində bildirib ki, sülh Əfqanıstanın marağı üçün atılan ən doğru addımdır.

Hikmətyar sülh razılaşmasını Hizbi İslam Gülbuddin təşkilatının adından imzalayıb. Prezident Qani bu tarixi anı televiziya vasitəsiylə tədbiri izləyən miliyonlarla əfqanın gözü önündə imzalayıb.

Tədbirdə sabiq prezident Həmid Karzay, baş icraçı Abdullah Abdullah, millət vəkilləri, cihadçı komandirlər və xarici diplomatlar iştirak edib.

Qani və Abdullah tədbir iştirakçılarına müraciət edərək bildiriblər ki, razılaşma əfqanların konstitusyonal haqlarını qorumağı nəzərdə tutub.

Sülh razılaşması Hikmətyarın döyüşçülərinin dərhal silahı yerə qoymasını tələb edir. Buna cavab olaraq hökumət onun qrupuna tam siyasi hüquq və ABŞ və BMT tərəfindən ona və dəstəsinə qoyulan sanksiyaları qaldırması üçün çalışacağına söz verib.

Sülh razılaşması 15 ildir davam edən Əfqanıstan müharibəsində atılan ilk müsbət addımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG