Accessibility links

Əfqanıstanda intiharçı hücumu


Əfqanıstanın cənubunda bazar günü baş verən intiharçı hücumu zamanı 13 nəfərin öldüyü və bir çox insanın yaralandığı bildirilir.

Yerli rəsmilərin verdiyi məlumata görə, Helmənd vilayətinin Nava ərazisində həyata keçirilən hücumun hədəfi hərbi konvoy olub. Qurbanların əksəriyyəti əfqan əsgərlər və polis heyəti olub.

Əfqanıstan Talibanı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Son iki ildə xarici qoşunların əksəriyyətinin ölkədən çıxmasından sonra Taliban hücumlarının sayının artırmaqla bərabər, ölkənin cənubundan bütün ölkə ərazisi boyu yayılmağa müvəffəq olub. Əfqanıstanın şimalında da hücumlar artıb.

Hökümət qoşunları keçən ay ərazi üzərində nəzarəti Talibandan almasına baxmayaraq, döyüşlər davam edirdi. Taliban hələ də Pakistan və İranla sərhədlərə malik ölkənin ən böyük vilayəti olan Helmənddə bir neçə əraziyə nəzarət edir.

Bazar günü hücumu keçən həftə vilayət paytaxtı Ləşkər Gahda həyata keçirilən itiharçı hücumdan sonraya təsadüf edir. Həmin hücum zamanı 7 nəfər həlak olmuş, 40 adam xəsarət almışdı.

Bazar günü baş verən başqa bir insidentdə qərbdə yerləşən Nimroz vilayətində militantların konvoya hücumu zamanı yerli polis rəisi də daxil olmaqla, iki polis zabiti öldürülüb.

Həmin hücumun məsuliyyətini üzərinə alan olmayıb.

XS
SM
MD
LG