Accessibility links

Əfqanıstanda intiharçı bomba hücumu nəticəsində 7 nəfər həyatını itirib


Əfqanıstan Milli Ordusunun əsgərləri intiharçı hücumu nəticəsində yaralananları təcili yardım maşınlarına daşıyır.
Əfqanıstan Milli Ordusunun əsgərləri intiharçı hücumu nəticəsində yaralananları təcili yardım maşınlarına daşıyır.

Əfqanıstanın cənubundakı Helmənd vilayətinin rəsmilərinin bildirdiyinə görə intiharçının hərbi maşın karvanına hücumu nəticəsində yeddi nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Əfqanıstan televiziyasında verilən məlumata əsasən, hücum zamanı ölənlərin sayı 12 nəfərdir.

Bomba hücumuna görə məsuliyyəti öz üzərinə Taliban qüvvələri götürüb. Bu haqda açıqlama verən Taliban sözçüsü ölənlər arasında ordunun zabitləri və əsgərlərin olduğunu bildirib.

Helmənd hökumətinin sözçüsü Amerikanın Səsinə bildirib ki, vilayətin paytaxtı Ləşgər Gahda bank qarşısında törədilmiş hücumun hədəfi Əfqanıstan Milli ordusunun maşın karvanı olub.

Sözçünün bildirdiyinə görə, hadisə qurbanları intiharçının partlayıcılarla dolu avtomobili hərbi maşınların üzərinə sürdüyü zaman bankda maaşlarını alırdı.

Vilayətin böyük hissəsinə nəzarət edən Taliban üsyançıları Əfqanıstan hərbi qüvvələrinə qarşı hücumlara görə əksər hallarda məsuliyyəti öz üzərinə götürür.

Əfqanıstanın xüsusi təyinatlı qüvvələri və polis zabitləri Helmənd vilayətində Taliban üsyançılarına qarşı əməliyyata hazırlaşır
Əfqanıstanın xüsusi təyinatlı qüvvələri və polis zabitləri Helmənd vilayətində Taliban üsyançılarına qarşı əməliyyata hazırlaşır

Bu arada, BMT-nin Əfqanıstandakı Yardım Missiyası Helmənd vilayətinin başqa bir bölgəsində Amerikanın hərbi hava hücumlarının mülki əhali arasında tələfatlarla nəticələndiyinə dair məlumatları nəzərdən keçiricəyini bildirib.

Şangin bölgəsinin sakinləri və Taliban qüvvələri cümə axşamı günü hava hücumları nəticəsində azı 20 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığını iddia edir.

Mülki əhali arasında tələfatlara dair iddialarla bağlı məlumatımız var və biz bu iddiaları çox ciddi qəbul edirik.
ABŞ hərbi qüvvələrinin sözçüsü

Yerli qubernator Hayatullah Hayyat şənbə günü hərbi və polis qüvvələrinin komandirləri ilə birgə mətbuat konfransında mülki əhali arasında tələfatlarla bağlı iddiaların doğru olmadığını deyib.

Onun sözlərinə görə, ABŞ-ın hərbi hava hücumları üsyançıların mövqelərini hədəf alıb və əməliyyat nəticəsində Talibanın 60 döyüşçüsü qətlə yetirilib.

ABŞ hərbi qüvvələrinin sözçüsü cümə günü ərazidə Talibanın mövqelərinin hədəf alındığı hərbi hava hücumlarının keçirildiyini təsdiq edib və iddialarla bağlı məlumatların nəzərdən keçirildiyini bildirib.

"Mülki əhali arasında tələfatlara dair iddialarla bağlı məlumatımız var və biz bu iddiaları çox ciddi qəbul edirik"-ABŞ hərbi qüvvələrinin sözçüsünün bəyanatında bildirilir.

XS
SM
MD
LG