Accessibility links

Əfqanıstan milli təhlükəsizilik qüvvələrinin 4 üzvü 16 həmkarını qətlə yetirib


Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin üzvü
Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin üzvü

Əfqanıstan rəsmiləri milli təhlükəsizilik qüvvələrinin dörd agentinin 16 həmkarını qətlə yetirərək, bundan sonra ölkənin cənubunda Helmənd vilayətində Taliban qüvvələrinə qoşulmaq üçün qaçdığını bildirib.

Təhlükəsizlik qüvvələrindəki mənbələrin Amerikanın Səsinə verdiyi məlumata görə, hücum Milli Təhlükəsizlik İdarəsinin Gerişk dairəsindəki bölməsində baş verib.

Vilayət hökumətinin sözçüsü Ömər Zavak insidentin baş verdiyini təsdiq edib və hadisənin baş verdiyi zaman Taliban qüvvələrinin təhlükəsizlik mərkəzinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, Taliban və Əfqanıstan təhlükəsizlik qüvvələrinin mühafizəçiləri arasında toqquşma baş verib.

Əfqanıstan təhlükəsizlik qüvvələri Helmənddə patrul zamanı
Əfqanıstan təhlükəsizlik qüvvələri Helmənddə patrul zamanı

Zavak hər iki tərəfin tələfat verdiyini bildirib, lakin detalları açıqlamayıb.

Hücuma görə məsuliyyəti öz üzərinə Taliban qüvvələri götürərək, təhlükəsizlik qüvvələrinin sıralarına “daxil olmuş” üç nəfərin silah və təchizat ələ keçirdiyini bildirib.

ABŞ hərbi qüvvələrinin əsgərləri Əfqanıstan ordusunun əsgələri ilə
ABŞ hərbi qüvvələrinin əsgərləri Əfqanıstan ordusunun əsgələri ilə

Əfqanıstan təhlükəsizlik qüvvələrinin qətlə yetirilən personalı Helmənddə “Sonqaryan” birləşməsinin üzvləri olub. Birləşmənin adı türk tele-serialının adından götürülüb. Bu birləşmənin əsas vəifəsi Milli Təhlükəsizlik İdarəsi üçün Helmənd vilayətində Talibanla bağlı kəşfiyyat məlumatlarının toplanmasından ibarətdir.

Talibana pərəstiş edən şəxslərin Əfqanıstan ordusu və polis qüvvələrinin sıralarına "sızıb" hücumlar keçirməsi halları ara-sıra baş verir. Lakin belə insidentlərin Əfqanıstanda Milli Təhlükəsizlik İdarəsinin qərargahlarında baş verməsi nadir hallarda rast gəlinən bir hadisə kimi qiymətləndirilir.

Əfqanıstanda xaşxaş sahələrinin məhv edilməsi əməliyyatları
Əfqanıstanda xaşxaş sahələrinin məhv edilməsi əməliyyatları

Taliban üsyançıları Əfqanıstanın ən böyük vilayəti və dünyada xəşiş istehsal edilən əsas regionlardan biri olan Helməndin 14 dairəsinin çoxuna ya nəzarət edir, ya da nəzarəti əlinə almağa çalışır.

Qanunsuz narkotik ticarəti üsyançıların fəaliyyəti üçün maliyyənin 65 faizini təşkil edir. ABŞ hərbi qüvvələri Talibanın maliyyə resurslarını kəsmək üçün bu yaxınlarda Helmənddə hava hücumları kampaniyasına başlayıb.

XS
SM
MD
LG