Accessibility links

Yüksək səviyyəli Əfqanıstan rəsmisi hücum zamanı öldürülüb


Əfqanıstanın şərqində yüksək səviyyəli əyalət rəsmisinin maşınına militanların hücum etməsi nəticəsində həmin rəsmi ölüb. Bu məlumatı Amerikanın Səsinə Əfqanıstan rəsmiləri bildirib.

Şərqi Loqar əyalətinin qubernatorunun müavini Qamaruddin Şikib paytaxt Kabil istiqamətində irəliləyərkən, Loqar əyalətinin Məhəmməd Ağa rayonunda onun maşınına pusqu qurublar.

Yerli hakimiyyətə nəzarət edən hökümət idarəsi, Yerli Hakimiyyətin Müstəqil Direktoratı, cümə axşamı yaydığı bəyanatda hücumu qınayıb və Şikibin ölümünü təsdiqləyib.

Loqarın əyalət şurasının üzvü Əbdül Vali Vəkil Amerikanın Səsinə bildirib ki, Şikib iş üçün Kabilə səfər edərkən bir qrup naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Maşında qubernator müavinindən əlavə bir sürücü, iki cangüdən və əyalətin ədliyyə rəsmisinin olduğu bildirilir. Hücumda sürücü ölüb, cangüdənlərlə ədliyyə rəsmisi ilə xəsarət alıb.

Bundan əlavə əyalət hakimiyyətinin sözçüsü Səlim Xan Salehin də qubernator müavini ilə birlikdə səyahət etdiyi və hücumda öldüyünə dair məlumatlar var. Amma bu məlumat təsdiqlənməyib.

Rəsmilər hələ ki, Salehin ölüm xəbərini təsdiqləməyib.

Hücumun məsuliyyətini hələ ki, üzərinə alan olmayıb, amma rəsmilər hücumu Talibanın həayata keçirdiyinindən şübhələnir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG