Accessibility links

Əfqanıstan sülh prosesi danışıqları bərpa edilib


Pakistan Əfqan sülh prosesinin bərpası kimi 4 tərəfli danışıqlara ev sahibliyi edir. Danışıqlara Əfqanıstan, Çin və ABŞ da daxildir.

Pakistan baş naziri Nəvaz Şərifin xarici siyasət üzrə müşaviri Sərtac Əziz açılış nitqi isə danışıqları açıq elan edib.

O deyib ki, danışıqların başlıca məqsədi Taliban qruplarını müzakirə masasına gətirmək üçün şəraitin formalaşdırılması və onları zorakılıqdan əl çəkib siyasi məqsədlərini davam etdirməyə ruhlandırmaqdır.

Ötən il Taliban yaraqlılarının Əfqanıstanda genişlənməsi regional və beynəlxalq narahatlıqlara yol açıq və qarşıdan gələn yaz mövsumündə döyüşlərin daha da qızışacağı və müharibəyə qərq olmuş ölkədə stabilliyin daha da pozulacağı ehtiyat edilir.

Əziz deyib ki, İslamabad görüşü Əfqanıstan barışıq prosesinin bütün istiqamətlərinin müəyyən edilməsi xarakteri daşıyır.

XS
SM
MD
LG