Accessibility links

Taliban üsyançılarının intensiv hücumları nəticəsində hökümət qüvvələri 250-dən çox itki verib


Əfqanıstanda son iki gündə Taliban üsyançıların 65-dən çox hökümət qüvvələrinin öldürdüyü və yeni ərazilərə nəzarəti ələ keçirdikləri bildirilir.

Ölkənin qərbindəki Farah və cənubundakı Zabul əyalətindəki toqquşmalar cümə axşamı və cümə günləri üsyançı qrupun təhlükəsizlik qüvvələrinin postlarına hücumu zamanı baş verib.

Təhlükəsizlik xidmətindən mənbənin Amerikanın Səsinə şənbə günü verdiyi məlumata görə, üsyançıların Zabulun Arğandan ərazisinə hücumu zamanı 22 polis əməkdaşı qətlə yetirilib və daha 12 nəfər yaralanıb. Mənbə əlavə edib ki, üsyançılar üç təhlükəsizlik postunu ələ keçirib.

Bununla bərabər, Əfqanıstanın müdafiə naziri bildirib ki, cümə axşamı üsyançıların Müdafiə Nazirliyinin Farah əyalətindəki qərargahını ələ keçirmək cəhdi zamanı döyüş baş verib. Ordu rəsmisinin bildirdiyinə görə, döyüş zamanı hökümət qüvvələrindən 16 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Əlavə edilir ki, hökümət qüvvələri hücumun qarşısını alan zaman 45 Taliban üsyançısı qətlə yetirilib.

Taliban sözçüsü isə öz növbəsində döyüşlər nəticəsində hökümət qüvvələrinin 27 döyüşçüsünün qətlə yetirildiyini, ərazi irəliləyişinə nail olduqlarını və “böyük sayda silah və hərbi sursat ələ keçirildiyi” bildirib.

Taliban 25 aprel tarixindən etibarən, Əfqanıstan qüvvələrinə böyük itkilər verən intensiv hücumlar keçirir. ABŞ-ın dəstəklədiyi Kabil höküməti keçən həftə parlamentdə hesabat verərək, may ayının ilk səkkiz günündə üsyançıların 250-dən çox hökümət qüvvəsini qətlə yetirdiyini və daha 400 nəfəri isə yaraladığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG