Accessibility links

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb


Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb. Bu barədə xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, NATO-nun 2015-ci ilin yanvarından həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərlik qrupu Əfqanıstana yola salınıb. Plana uyğun olaraq rotasiya qaydasında göndərilən qrupa 38 əsgər, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit daxil edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

XS
SM
MD
LG