Cümə günü Əfqanıstanın Loğar əyalətində baş verən helikopter qəzası nəticəsində bir ABŞ əsgəri ölüb, altı nəfər isə yaralanıb.
NATO-nun Qətiyyətli Dəstək Missiyası qəzanın “düşmən fəaliyyəti” nəticəsində baş vermədiyini bildirib.
“Biz personalın hər birinin yerii müyyən etmişik, hadisə yeri isə təmizlənib”, deyə mətubata verilən bəyanatda qeyd edilib.
Qətiyyətli Dəstəki Missiyasının komandiri General Con Nikolson qurbanlarının ailələrinə başsağlığı verib.
Daha öncə helikopterin qəzaya uğramasının məsuliyyətini Taliban üzərinə alıb. Qiyamçı qrup tez-tez daha sonra yalan olduğu ortaya çıxan buna bənzər bəyanatlar verir.