Accessibility links

Araz Əzimov: Əfqanıstandan yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılacaq


Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı
Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı

Nazir müavinin dediyinə görə, daha böyük miqyasda yüklər 2013-cü ilin ikinci yarısından daşınmağa başlanacaq

2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanıstandan çıxacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılacaq. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazisindən NATO-nun apardığı İSAF əməliyyatı çərçivəsində Əfqanıstana indi də yüklər daşınır və ölkə tərəfindən müxtəlif xidmətlər göstərilir. Azərbaycan bu imkanı öz töhfəsi kimi təqdim edib. Tranzit imkanlardan NATO-ya üzv ölkələr, tərəfdaş ölkələr istifadə edir.

"2014-cü ilin sonuna kimi İSAF qoşunları Əfqanıstandan çıxacaq və yüklərin bir hissəsi Azərbaycanın təmin etdiyi tranzit dəhlizdən çıxarılıb Avropaya və digər ölkələrə qayıdacaq. Bu artıq indi istifadə edilir", o qeyd edib.

Nazir müavinin dediyinə görə, daha böyük miqyasda yüklər 2013-cü ilin ikinci yarısından daşınmağa başlanacaq.

"Çünki bir il ərzində, yəni 2014-cü il ərzində bütün qoşunların çıxarılması planlaşmış şəkildə olmalıdır. Birdən-birə hamının çıxarılması mümkün deyil. İSAF bu ilin sonuna qədər qalmalıdır və öz missiyasını yavaş-yavaş Əfqanıstan hökumətinə təhvil verilməlidir. Əfqanıstan hökuməti bütün imkanları ona yönəldib ki, ölkənin bütün ərazisinə öz suveren nəzarətini təmin etsin və təhlükəsizliyin təminatı məsələsinə özü nəzarət etsin. Bu proses indi də davam edir və demək olar ki, 90 faiz yerinə yetirilib. Azərbaycan da öz tərəfindən Əfqanıstanla bütün istiqamətlərdə əməkdaşlıq edir və əməkdaşlığı davam etdirməyə hazırdır", A.Əzimov vurğulayıb.
XS
SM
MD
LG