Əfqanıstanın paytaxtı Kabildə yerləşən şiə müsəlmanlarının mədəniyyət mərkəzində cümə axşamı baş verən partlayış nəticəsində azı 40 nəfərin öldüyü bildirilir.
Daxili İşlər Nazirliyi sözçüsünün məlumatına görə, partlayış səbəbindən 30-dan çox adam ağır yaralanıb, ölənlərin isə sayının artacağı gözlənilir.
Şahidlərin verdiyi ifadələrə əsasən əvvəlcədən binada quraşdırılmış iki bombanın partladılmasından qısa müddət əvvəl Tebyan sosial və mədəniyyət mərkəzinin zirzəmisində intiharçı özünü partladıb.
Partlayış ölkənin cənubundan yerləşən Laşkar Qah hərbi bazasından 15 nəfərin yaralanması ilə nəticələnən bomba yerləşdirilmiş avtomobil hücumundan bir gün sonraya təsadüf edib. Hücum nəticəsində yaralananların hamısı əsgərlər olub.
Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.
Əfqanıstan prezidenti Əşrəf Qani hücumu bəşəriyyətə qarşı cinayət adlandırıb. Prezidentin bəyanatında bildirilib ki, Əfqanıstan hökuməti terrorizmi məhv etmək öhdəliklərinə sadiq qalacaq.
NATO-nun dəstək missiyasının bəyanatında da hücum pislənib.
BMT-nin Əfqanıstandakı yadım missiyası hücumu onsuz da ağır olan ilin ən vəhşi cinayətkarlığı kimi qiymətləndirib.