Accessibility links

Əfqanıstanda intiharçı bomba hücumu həyata keçirilib


Çərşənbə günü Əfqanıstanın cənubunda yerləşən Helmand əyalətində intiharçı maşın bombası parlayıb. Nəticədə azı beş nəfər ölüb, 38 nəfər yaralanıb.

Yerli rəsmilər deyir ki, hücum əyalətin paytaxtı Laşkar Gahda yerləşən polis binası yaxınlığında baş verib. Partlayış anında isə bina yaxınlığında çox sayda insan toplaşıb.

Ölənlər arasında iki əsgər və iki qadın var.

Əyalət polisinin baş generalı Əbdül Qafar Səfi bildirib ki, hücumun həfəri ordu konvoyu olub.

“Əfqanıstan Milli Ordususun əsgərləri maaşlarının almaq üçün Kabilə banka gələndə, onların konvoyu intiharçı maşın bombası hücumunun hədəfinə çevrilib. Hazırda biz ölənlərin dəqiq sayını bilmirik” deyə Əbdül Qafar Səfi bildirib.

Bomba hücumuna görə məsuliyyəti Taliban üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG