Əfqanıstanın cənubunda polis təlim mərkəzi yaxınlığında bomba partlayışı nəticəsində 3 polis zabiti həlak olub.
Avtomobilə yerləşdirilən bombanın partlaması biri uşaq olmaqla 12 nəfərin isə yaralanması ilə nəticələnib.
Hücum bu gün Əfqanıstanın Helmənd vilayətində baş verib.
Partlayışa görə məsuliyyəti Taliban terror qruplaşması öz üzərinə götürüb.