Accessibility links

Əfqanıstanlı qızlar viza ala bilmədiyindən ABŞ Robotiks Yarışmasına gedə bilməyiblər [Video]


Əfqanıstanlı qızlar viza ala bilmədiyindən ABŞ Robotiks Yarışmasına gedə bilməyiblər
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Bu altı qız Əfqanıstanın robotiks komandasının üzvləridir. Onlar Vaşinqtonda keçiriləcək Qlobal Robotiks Yarışmasında iştirak etmək üçün Herat vilayətində 10 məktəbdən olan istedadlı qızlar arasından seçiliblər.

Lakin onların Amerikaya səyahət etməsi üçün viza müraciəti rədd edilib. Buna baxmayaraq, qızlar özləri yarışda iştirak etməsələr də, top yığan robotlarını yarışa göndərə biliblər.

“Bizim robot həm topların rənglərini müəyyən edə, həm onları toplaya bilir. Nə qədər çox top yığsa, o qədər də xal qazanır. Biz sevinirik ki, Əfqanıstan bu yarışlarda təmsil olunacaq.”

Digər iştirakçı, Lida bildirib ki, o ruhdan düşməyib.

“Biz viza almadığımızı öyrənəndə məyus olmuşduq. Amma çalışmağa davam etdik və ABŞ-da yığmağı düşündüyümüz robot üzərində işləri tamamladıq. Biz sübut etmək istəyirdik ki, əfqanıstanlı qızlar bunu edə bilərlər və öz istedadlarını daha da inkişaf etdirə bilərlər.”

“Biz geri çəkilmədik. Robotumuzu yığmağa davam etdik və Fedex ilə onu yarışmaya göndərdik.”

Bu qızlara vizanın verilməməsi ABŞ mətbuatında geniş yayılmışdı. Hətta sabiq prezidentliyə namizəd senator Berni Sanders bu məlumatı Facebook səhifəsinə paylaşaraq Dövlət Departmantini məsələyə diqqət ayırmasını xahiş edib.

Əldə edilən son məlumata görə, qızlar öz robotlarının yarışda iştirakını video bağlantı vasitəsilə canlı izləyə biləcəklər.

XS
SM
MD
LG