Accessibility links

Əfsanə Sevigin: Milli hərəkata həvəslə gələn qadınlar oldu, amma geri çəkildilər [Audio-Müsahibə]


Əfsanə Sevigin
Əfsanə Sevigin

Əfsanə Sevigin İranda qadın-kişi bərabərliyi uğrunda yürüdülən mücadilənin həm kəmiyyət həm də keyfiyyət baxımından irəliləməkdə olduğunu vurğulayır. İsveçdə yaşayan güneyli fəal Amerikanın Səsi ilə söhbətdə Azərbaycan Milli Hərəkatına mənsub qüvvələr və partiyaların qadınların mücadiləsinə baxışını dəyərləndirib.

Əfsanə Sevigin İranda qadın hərəkatını şərh edir
please wait

No media source currently available

0:00 0:13:26 0:00

“Biz sadəcə toplumun bir qisminin yüksəlməsini və inkişafını istəsək, digər qismlər geridə qalacaq və toplumda balans əldə edilməyəcək. O balansı əldə etmək istəsək, bütün ictimai haqlar və bərabər hüquqlardan danışmaq lazimdir,” deyə Əfsanə Sevigin toplumda bərabərliyin önəminə diqqət çəkir.

İranda qadınlara o qədər basqı olundu və hər şeylərinə o qədər əl uzadıldı ki, daha qadınlar cana gəlmişlər. İndiki mərhələdə artıq onlar daha çox birlik və bərabərlik göstərirlər.

Onun sözlərinə görə, “İrandakı son olaylar və mitinqlər dünya qəzetlərində qadın inqilabı adlandırıldı. Gerçəkdən də bu bir qadın inqilabıdır. İranda qadınlara o qədər basqı olundu, geyimlərinə, yeməklərinə, davranışlarına, hər şeylərinə o qədər əl uzadıldı ki, daha qadınlar cana gəlmişlər. İndiki mərhələdə artıq onlar daha çox birlik və bərabərlik göstərirlər. Təşkilatlanmağa gedirlər.”

Amma Əfsanə Sevigin ‘Azərbaycan Milli Hərəkatı’na mənsub qüvələr arasında durumun fərqli olduğunu və qadınların hərəkatda yer alması ilə bağlı irəliləmə olmayıb, hətta hərəkatın bu xüsusda geriyə getdiyini önə çəkir:

“Güney Azərbaycan Milli Hərəkatı içində bir irəliləmə görmürəm. Hətta geriləmə var. Milli hərəkatımız qadın hərəkatını öz içinə ala bilmədi. Ancaq gec deyil. Milli hərəkat o zaman bütünləşər ki, bütün haqları öz içində yerləşdirə bilsin; qadın haqlarını, uşaq haqlarını, bütün haqlar və azadlıqları.”

Onun dediklərinə görə, “bu hərəkat patriarxal bir hərəkatdır. Qadınları öz içinə ala bilmədi. Bunlara imkanlar təmin edə bilmədi. Bir çox bacarıqlı və aydın qadınlarımız var. Gerçəkdən də həvəslə gəldilər bu hərəkata amma mövcud səbəblərdən ötrü geri çəkildilər. Sonra farsların əksəriyyətdə olduğu bölgələrdəki qadın hərəkatına yönəldilər və oraya getdilər.”

Güney Azərbaycan Milli Hərəkatı içində bir irəliləmə görmürəm. Hətta geriləmə var. Milli hərəkatımız qadın hərəkatını öz içinə ala bilmədi.

Sevigin milli hərəkatda bu çatışmazlığın ciddi bir problem kimi ələ alınmadığını və çözülməsi istiqamətində çalışılmadığını ifadə edir.

“Bunu ciddi problem olaraq ələ alıb çalışmırlar. Hətta bir çoxu qadın hərəkatından danışanlara, ‘milli hərəkatı bölürsünüz!’ deyib, hücuma keçirlər. Çünki, onlar milli hərəkatı anlamayıblar... Var olan partiyalarımızın içində də qadınların yeri yoxdur. Olanda da bir bəzək kimi, ailənin bir fərdi kimi gətirirlər oraya. Qadın ikinci planda gəlir. Kişilərin kölgəsində qalır. Söz sahibi olmur,” türk fəal söyləyir.

Əfsanə Sevigin əlavə edir, “bütün sahələrdə fikir sahibi olan qadınlarımız var. Amma baxırsan bunları sadəcə qadın günü kimi münasibətlərdə çağırırlar ki, ‘qadın günü haqqında nə düşünürsən?’ Başqa məsələlər ilə bağlı bunlardan bir şey soruşmurlar. Bunlara söz vermirlər.”

XS
SM
MD
LG