Accessibility links

Əmir Mərdani: Qadınlar milli hərəkatda sözlərini deməyə yer tapmırlar [Audio-Müsahibə]


Əmir Mərdani
Əmir Mərdani

İranda bərabər haqlar üçün qadınların mücadiləsinin artıq kütləviləşdiyi söyləyən Əmir Mərdani ‘Azərbaycan Milli Hərəkatının’ qadın məsələsi ilə əlaqədar yaxşı bir görüntü sərgiləmədiyini ifadə edir.

Əmir Mərdani İranda qadın hərəkatını şərh edir
please wait

No media source currently available

0:00 0:13:12 0:00

Güneyli jurnalist və milli fəal Amerikanın Səsi ilə söhbətdə İranda son vaxtlar genişlənməkdə olan qadın hərəkatının dəyərləndirib və milli hərəkatda qadınların fəallığı haqqında danışıb.

Bu artıq bir mərhələyə çatıb ki, ümumi üsyan yarana bilər. Qadın hərəkatı artıq kütləviləşib
Əmir Mərdani

Əmir Mərdaninin dediklərinə görə, “xüsusilə son 40 ildə İslam Respublikasının təsisindən bəri, İranda hər zaman qadın haqlarına dair hərəkətlər olmuş və son illərdə daha da çoxalmışdır. Bir neçə il öncə ‘bir milyon imza kampaniyası’nı görmüşdük, indi də gündəlik şəkildə etirazlara şahidik. Məcburi hicaba qarşı mübarizə artmış. Bütün şəhərlərdə bu etirazların baş götürüb getdiyini görürük.”

O, İranda qadınların mücadiləsinin genişmiqyaslı üsyana çevrilə biləcəyini ifadə edir:

“Bu artıq bir mərhələyə çatıb ki, ümumi üsyan yarana bilər. Çünki, sadəcə təşkilatlara mənsub olan fəalların deyil, artıq adi vətəndaşların etirazlara qatıldığını görürük. Qadın hərəkatı artıq kütləviləşib.”

Türk fəal amma ‘Azərbaycan Milli Hərəkatı’nın qadınların məsələsi ilə əlaqəli yaxşı görüntü sərgiləmədiyini önə çəkir. O, bu görünüşün milli olan bir hərəkatın mahiyyətinə uyğun olmadığını deyir.

Qadınların uzaqlaşmasının səbəbi budur ki, qadınlar öz sözlərini deməyə milli hərəkatın içində yer tapa bilmirlər...
Əmir Mərdani

“Milli Hərəkat deyəndə, burada qadınların da haqları var, işçilərin də, yəni bütün milləti qəsd edirik. Tərif belədir. Milli Hərəkatın tərifinə baxanda burada bir problem olmamalı idi. Yəni milli düşüncə və milli hərəkat deyəndə, qadın məsələsi daha çox gündəmdə olmalı idi... Amma nə yazıq ki, bunun həyata keçirilməsində problem yaşayırıq. Milli hərəkat bütün hüquqlar və tələblərə deyil, bəzi tələblərə məhdud olub. Milli hərəkatdan belə bir görüntü yaranıb,” türk fəal söyləyir.

Əmir Mərdani nümunə olaraq güneydəki tələbə hərəkatında qadınların rolunu dəyərləndirir.

Onun sözlərinə görə, “tələbə fəallar arasında son bir neçə ildə qadınların iştirakı ilə əlaqəli biraz dəyişiklik olub. Sayı baxımından dəyişməsə də, mahiyyətdə dəyişik bir durum var. Millətçilik baxımından qadınların iştirakı çoxalıb amma hərəkatın qeyri-demokratik görünməsi qadın hərəkatı qüvvələrinin uzaqlaşmasına səbəb olub.”

İranın təhlükəsizlik məmuru baş örtüsünü çıxaran qadına hücum edir - Fevral 2018
İranın təhlükəsizlik məmuru baş örtüsünü çıxaran qadına hücum edir - Fevral 2018

“Qadınların uzaqlaşmasının səbəbi budur ki, qadınlar öz sözlərini deməyə milli hərəkatın içində yer tapa bilmirlər... Bunu ən yaxşı şəkildə ölkə xaricində görürük. Yəni xaricdə ki adət-ənənələr vasitəsilə basqı yaranmır və İran İslam Respublikasının basqısı yoxdur, amma burada da qadınların milli hərəkata qatılması, hərəkat ilə bərabər hərəkət etməsi çox azdır,” deyə Mərdani əlavə edir.

XS
SM
MD
LG