Accessibility links

“Baş örtüyünü çıxaran qadın azadlığın gözəl simvolu oldu” [Audio-Müsahibə]


İranda baş qaldıran kütləvi etirazlarda qadınların fəal olduğunu vurğulayan Əfsanə Sevigin nümayişlər zamanı baş örtüyünü çıxarıb əlində sallayan qadının hərəkətini azadlığın gözəl bir simvolu kimi dəyərləndirir. İsveçdə yaşayan türk fəal Amerikanın Səsi ilə söhbətdə İrandakı aksiyaların kökündə dayanan amilləri şərh edib.

Əfsanə Sevigin nümayişlərin xaricdən yönləndirilməsini irəli sürənləri tənqid edir. “Öncə dedilər Amerika və İsrail, sonra da yeni bir ölkə ortaya çıxdı; Səudiyyə Ərəbistanı. İndiyə kimi İran xalqı ilə Ərəbistanı bir-birinə bağlamaq mümkün deyildi. İndi ki, iki ölkə arasında çatışmazlıqlar çıxdı, başladılar belə bir əlaqə qurmağa. Bu, imkansız bir şeydir,” o deyir.

Məşhəddəki nümayişlərdə baş örtüyünü çıxaran qadın
Məşhəddəki nümayişlərdə baş örtüyünü çıxaran qadın

Bu etirazların təməlinin insan haqlarına dayandığını ifadə edən fəalın dediklərinə görə, “azadlıqlar məsələsi, qadınların üzləşdiyi böyük sıxıntılar, gənclərə imkanların təmin olunmaması, azlıqların tələblərinin yerinə yetirilməməsi və bunların üzərində iqtisadi çətinliklər əhalini küçələrə çıxaran amillər olub.”

Belə gedərsə, Azərbaycan ya türklərin yaşadığı digər bölgələr kəsinliklə izləyici olaraq qala bilməzlər.
Əfsanə Sevigin

“38 ildir heç göstərilməyən bir cəsarətlə, hakimiyyətin əlayehinə indiyə qədər heç verilməyən şüarlar verildi,” deyə Sevigin bildirir.

Sevigin qadınların nümayişlərdə iştirakını yüksək qiymətləndirir. Onun sözlərinə görə, “müxtəlif yasaqlar səbəbilə İrandan xaricə çox az görüntülər çıxır. Amma əldə olan o az videolar və görüntülərə baxanda görürük ki, qadınlar gerçəkdən də meydandadırlar. Qadınların iştirakı olduqca çoxdur. Başı açıq çıxan qadınlar var. Bu da bir ilkdir.”

O, baş örtüyünü çıxarıb əlində sallayan və nümayişlərin simvollarından biri olan qadının cəsarətini alqışlayır.

“İslam Respublikası qurulundan sonra ilk başda qadınlara yönəldi. Zorla onların başını örtdü. Onları ikinci dərəcə vətəndaş kimi gördü... Baş örtüyünü açan o qadın azadlığın gözəl simvoludur mənim nəzərimdə. Çox gözəl və cəsarətli bir iş gördü. Alqışlanmalıdır.”

Tehran Universiteti tələbələrinin nümayişindən bir görüntü
Tehran Universiteti tələbələrinin nümayişindən bir görüntü

Nümayişlərin türklərin yaşadığı bölgələrdə daha zəif olduğuna işarə edən Əfsanə Sevigin bunun belə davam edə bilməyəcəyini ifadə edir.

“Mənə elə gəlir ki, bu hərəkat bir başlanğıcdır. Arada bəlkə dursun, amma sonra canlanıb və təkrar davam edəcəkdir. Şah rejiminə qarşı olan hərəkat da belə olmuşdu. İndiki etirazların da haraya gedəcəyini bilmirik. Belə gedərsə, Azərbaycan və ya türklərin yaşadığı digər bölgələr kəsinliklə izləyici olaraq qala bilməzlər,” deyə o əlavə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG