Accessibility links

Misirdə etirazlar davam edir


Prezident Mursinin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan fərmanları ölkədə etirazlara səbəb olub

Misirin yüksək ədliyyə orqanı prezident Məhəmməd Mursinin səlahiyyətlərinin artırılmasına dair qərarını ədliyyə sisteminin müstəqilliyinə qarşı görünməmiş hücum adlandırıb. Ali Ədliyyə Şurası şənbə günü fövqəladə iclasdan sonra bəyanatını açıqlayıb.


İsgəndəriyyə şəhərində isə məhkəmə işçiləri fərmanlar ləğv edilməyənə qədər işə çıxmayacaqlarını deyiblər.


Cümə axşamı günü prezident Mursinin onun verdiyi qərarların ədliyyə sistemi tərəfindən nəzarətinə son qoyulmasını nəzərdə tutan fərmanlar verməsi Misirin ən böyük şəhərlərində etirazlara səbəb olub.

Qahirənin Təhrir meydanında davam edən nümayişləri dağıtmaq üçün Misirin təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Misir prezidenti hakimiyyətə olan nəzarət mexanizmlərinin azaldılması və onun verdiyi qərarların heç bir məhkəmə və yaxud başqa bir səlahiyyətli orqan tərəfindən baxıla bilməyəcəyini elan edib. Cümə günü prezident iamətgahında tərəfdarları qarşısında danışan cənab Mursi Misiri sabit bir ölkə kimi irəliyə aparmaq istədiyini və ölkəyə tək nəzarət etmək istəmədiyini bildirib.
XS
SM
MD
LG