Accessibility links

Misirdə prezident seçkisinin ilk günü baş çatıb (Yenilənib)


Misirdə iki gün sürəcək təkrar prezident seçkisində səsvermənin birinci günü baş çatıb.

Misirlilər keçmiş prezident Hüsnü Mübarəkin kabinetində baş nazir olmuş Əhməd Şəfiq və Müsəlman Qardaşları partiyasının namizədi Məhəmməd Mosri arasında seçim edəcək.

Keçən il prezident Mübarəkin hakimiyyətdən devrilməsindən sonra bu, Misirdə son on illər ərzində ilk demokratik seçkidir.

Amerikanın səsini Yaxın Şərqdə müxbiri Elizabet Arrot Qahirədə seçkinin ilk günü seçici fəallığının keçən ay birinci turda olduğu qədər yüksək olmadığını bildirib. O bunun səbəbini zidd siyasi baxışlara malik iki siyasətçi arasında seçimin seçicilər üçün asan olmaması ilə izah edib.

Səsvermə bazar günü davam etdiriləcək.

XS
SM
MD
LG