Misirin dövlət MENA xəbər agentliyinin bildirdiyinə görə, ölkənin qərb səhrasında təhlükəsizlik qüvvələri tərəfindən 12 yaraqlı öldürülüb.
Bu gün baş verən insident zamanı polis işçiləri arasında ölən olmayıb.
MENA anonim təhlükəsizlik mənbələrinə əsasən təslükəsizlik qüvvələrinin keçən həftə insanları qanına qətlan edən terrorçu elementlərə qarşı amansız hücum həyata keçirdiyini bildirib.
Yaraqlılarla təhlükəsilik qüvvələri arasında qarşıdurma Qahirənin 175 km-liyində keçən həftə polisə edilən ölümcül hücumun həyata keçirildiyi ərazinin yaxınlığında baş verib.
Keçən həftə yaraqlılar tərəfindən azı 30 polis işçisi öldürülüb.
Təhlükəsizlik rəsmiləri polis işçilərinin Misirdə bir neçə hücum həyata keçirməkdə şübhəli bilinən Hasm qrupu üzvlərini axtararkən hücuma məruz qaldıqlarını bildirib.