Accessibility links

Misir polisi nümayişçilərə qarşı gücdən istifadə edib


Misir polisi demokratiya tərəfdarı fəalların Qahirənin mərkəzində təşkil etdiyi etiraz aksiyalarını dağıdıb. Təhlükəsizlik qüvvələri nümayişlərə məhduduyyətlər qoyan yeni qanuna etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə edib.

Polisin bir neçə fəalı həbs etməsi fəalların qəzəbinə səbəb olub. Fəallar ordunun dəstəklədiyi hökumətin Hüsnü Mübarək dövründəkindən daha avtoritar olduğunu deyirlər.

BMT-nin İnsan Haqları Təşkilatının başçısı Navi Pillay çərşənbə axşamı deyib ki, Misir hökuməti qəbul etdiyi yeni qanunu ləğv etməlidir, O, qanunun dinc nümayişlər zamanı insanların həyatı üçün təhlükə yarada biləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG