Accessibility links

Qahirə universiteti yaxınlığında bomba hücuimları həyata keçirilib


Misirin təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Qahirə universiteti yaxınlığında həyata keçirilən bomba hücumları bir yüksək rütbəli polis zabitinin ölümünə, bir neçə nəfərin isə yaralanmasına səbəb olub.

Bu, prezident Məhəmməd Musinin keçən ilin iyul ayında ordu tərəfindən hakimiyyətdən devrilməsindən sonra təhlükəsizlik qüvvələrinə qarşı davalı şəkildə həyata keçirilən hücumların sonuncusudur.

Bu həftənin əvvəlində hökumət bu kimi hücumların əksəriyyəti əsgər və polis işçiləri olmaqla, 500-ə yaxın insanın ölümünə səbəb olduğunu bildirmişdi.

Təhlükəsizlik qüvvələri ilə Mursi tərəfdarları arasında insan ölümü ilə nəticələnmiş reyd həyata keçirib və "Müsəlman Qardaşları" təşkilatının çox sayda üzvü həbs edilib.

Etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar zamanı çoxu islamçılar olmaqla, min nəfərdən çox insan həyatını itirib.
XS
SM
MD
LG