Accessibility links

Misir seçkiləri xarici siyasət kursuna necə təsir edəcək


Người dân đứng bên ngoài một ngôi nhà bị hư hại sau khi xảy ra trận động đất mạnh 6,6 độ Richter, tại làng Long Môn, huyện Lô Sơn, Nhã Yên, tỉnh Tứ Xuyên, ngày 20 tháng 4, 2013.
Người dân đứng bên ngoài một ngôi nhà bị hư hại sau khi xảy ra trận động đất mạnh 6,6 độ Richter, tại làng Long Môn, huyện Lô Sơn, Nhã Yên, tỉnh Tứ Xuyên, ngày 20 tháng 4, 2013.

Misirdə bu həftənin sonu keçirilək prezident seçkisində islamçı namizəd Məhəmməd Morsinin qələbə çaldığı halda, bunun xarici siyasət sahəsində böyük dəyişikliklərə gətirib çıxaracağı ilə bağlı narahatlıqlar mövcuddur. Lakin müşahidəşilər yaxın gələcəkdə böyük dəyişikliklərin olacağını gözləmədiklərini deyir.

Müsəlman Qardaşlarının namizədi Məhəmməd Morsinin mümkün qələbə ilə ölkənin xarici siyasətində əsaslı dəyişikliklər olacağı gözlənilir.

Morsinin sözçüsü Valid Əl-Həddad yeni xarici siyasət kursunun əvvəllər olduğu kimi ABŞ üzərində mərkəşləşməyə biləcəyini, lakin əlaqələrin güclü olaraq qalacağını bildirir: “Dünyada lider ölkələrdən biri olan Amerika ilə yaxşı münasibətlərlə bərabər, bizim Asiya ölkələri ilə münasibətlərimiz yaxşı olacaq. Afrika, eləcə də Avropa ölkələri ilə yaxşı münasibətlər qurulacaq.”

Onun sözlərinə görə, xarici siyasətdə balans yaradılacaq. Əvvəlki hökumətin devrilməsindən 15 ay bir müddətin keçdiyi vaxt Morsinin kampaniyası diqqəti radikal dəyişikliklərə yönəltməməyə çağırır. Valid Əl-Həddadın bildirir ki, hətta İsraillə münasibətlər kimi qızğın mübahisələrə səbəb olan məsələlərin həllində də Mosri sülh yolunu seçəcəyini vəd edib.

Prezidentiliyə namizəd Məhəmməd Morsinin kampaniyasının sözçüsü Valid Əl-Həddad: “Biz bütün müqavilələrə hörmət edirik. İslamda müqavilələrə hörmətə istinad edirik. Lakin biz o biri tərəfin də hörmət göstərməsini istəyirik.”

Morsinin opponentlərindən biri, əvvəlki hökumətdə sonuncu baş nazir olmuş Əhməd Şəfiq xarici siyasət kursunu davam etdirməyin vacibliyini vurğulayıb.

Siyasi müşahidəçilər kampaniya müddətində heç bir namizədin müqaviləni pozmağa çağırmadığını qeyd edir.

Qahirədə Amerika universitetində sosioloq Səid Sadiq deyir ki, Misirin öz dostları ilə münasibətləri yaxşı səviyyədə saxlamasının vacibliyi zorakılıqlarla müşayiət olan etiraz nümayişlərindən sonra Səudiyyə Ərəbistanının öz səfirini Qahirədən geri çağırdığı zaman nümayiş etdirildi: “Onların dərhal etdiyi nə oldu? İslamçıların nəzarətində olan parlament böyük nümayəndə heyəti göndərdi. Mesaj bu idi ki, “geri qayıdın, biz problem istəmirik”. Mən inanıram ki, onlar problemin olmasını istəmir. Fikrimcə, heç kəs xarici siyasətdə problem olmasını istəmir.”

Burada başlıca faktorlardan biri də Misir ordusunun son əsrdə üç dəfə müharibə aparmasından ibarətdir.

Siyasi təhlilçi Hişam Kasem deyir ki, o vaxtdan bəri ordu siyasi ambisiyaların bir hissəsi olmayacağına söz verib: “Müharibə etmək qərarını onlar verir. İsrail, Nil hövzəsi və İranı nəzərə alaraq, xarici siyasətdə bütün məsələlərin müharibəyə gətirib çıxara biləcəyini buraya əlavə edə bilərik. Buna görə də gələn 10 il ərzində xarici siyasət məsələlərini hərbi məsələlərdən ayırmaq mümkün olmayacaq.”

Lakin namizədlərdən hansı qələbə çalsa, əsas diqqəti daxili siyasət məsələlərinə verməlidir. Prezidentiliyə namizəd Məhəmməd Morsinin kampaniyasının sözçüsü Valid Əl-Həddad: “Ölkə daxilində həqiqətən də bir çox problem var. İqtisadi problemləri, təhlükəsizlik sahəsində qeyri-sabitliyi göstərmək olar. Buna görə də ilk növbədə, biz öz xalqımız üçün çalışmalıyıq.”

Mosrinin sözçüsünün dediyi kimi, hazırda xarici siyasət kursunu dəyişmək başlıca prioritetlər sırasına daxil deyil.

XS
SM
MD
LG