HƏMAS və İslami Cihad Misirin daimi atəşkəs müqabilində Qəzza zolağında hakimiyyəti tərk etmək təklifini rədd edib. Bu barədə Reuters xəbər agentliyinə bazar ertəsi Misirin iki təhlükəsizlik mənbəsi bildirib.
Daha sonra HƏMAS və İslami Cihad nümayəndələri danışıqlarla bağlı mənbələrin açıqlamalarını rədd edib.
İslami Cihad qrupunun nümayəndə heyəti Misir rəsmiləri ilə məhbus mübadiləsi məsələlərini müzakirə etmək üçün Qahirədədir. Misir rəsmilərindən biri qrupun əlavə danışıqlar üçün İsrailin hərbi hücumunu dayandırması ilə bağlı şərt qoyduğunu deyib.
Misir Qətər vasitəçilərinin də dəstəklədiyi konkret plan deyil, atəşkəs müqabilində daha çox girovların azad edilməsini nəzərdə tutan və daimi atəşkəslə yanaşı, hazırda Qəzzaya rəhbərlik edən HƏMAS-ın idarəçiliyinin nəzərdən keçirilməsinə gətirib çıxaran daha geniş razılaşmanın daxil olduğu “baxış” təklif edib.
Mənbələr bildiriblər ki, Misir seçkilər keçirməyi və HƏMAS-a üzvlərinin təqib və mühakimə olunmayacağına əmin edilməsini təklif etsə də, qrup girovların azad edilməsindən başqa istənilən güzəştləri rədd edib. Qəzzada 100-dən çox girovun hələ də saxlanıldığı güman edilir.
Bu ay Tel-Əvivdə olarkən Pentaqonun rəhbəri Lloyd Austin Vaşinqtonun İsrailə sarsılmaz dəstəyini təsdiqləyərək, İsrail ordusunu Qəzzada dinc sakinləri qorumaq üçün daha çox səy göstərməyə çağırıb.
Forum